"Barselona" "Mançester Siti"nin futbolçusu Oleksandr Zinçenko ilə maraqlanır.

 Offsideplus.az "Mundo Deportivo"ya istindən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı müdafiçini bu yay heyətinə cəlb etmək istəyir. Ukraynalı oyunçunun "şəhərlilər"lə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Zinçenko bu sezon 28 matçda 5 məhsuldar ötürmə edib.