Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyos yayda klubu tərk edəcək.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi Luka Modriçlə müqavilənin müddətinin uzadılması və “Monako”dan Orelyen Tçuameninin transferi ilə əlaqədar ispan oyunçunu satacaq.
Qeyd edək ki, Sebalyos ötən mövsüm La Liqada 11 matça çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayı başa çatır.