"Atletiko"nun futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunu "Tottenhem", "Aston Villa" və "Nyukasl" heyətində görmək istəyir.

Belçikalı cinah oyunçusunun Madrid təsmilçisi ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Karrasko bu sezon "Atletiko" formasıyla 44 matçda 6 qol və 7 məhsuldar ötürmə edib.