"Barselona" Memfis Depayla yollarını ayırmağa hazırlaşır.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı niderlandlı hücumçunu bu yay yaxşı şərtlərdə satmaq istəyindədir. Buna səbəb forvardın gələn ilin müqaviləsinin bitməsidir.

"Barsa" Depay üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Depay bu mövsüm "Barselona" formasıyla 37 matçda 13 qol və 2 məhsuldar ötürmə edib.