"Real Sosyedad" Rafinyanı birdəfəlik heyətinə qatmaq istəyir.
Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi müqavilə əsasında PSJ-yə məxsus olan oyunçunu komandada saxlamaq niyyətindədir.
Bildirək ki, yarımmüdafiəçi bu ilin yanvarından "Real Sosyedad"dadır.
Qeyd edək ki, brazilyalı futbolçu bu mövsüm Bask klubuyla 20 matçda 1 qola imza atıb.