"Barselona" sabiq futbolçusu Xavi Simonsu geri qaytaracaq.
Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki, PSJ-də istədiyi forma şansını tapa bilməyən 18 yaşlı niderlandlı yetirməsi olduğu kluba qayıtmağa müsbət yanaşır. Onun Paris təmsilçisi ilə hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.
Qeyd edək ki, "La Masia" yetirməsi olan Xavi azad agent olaraq 2019-cu ildə PSJ-nin akademiyasına qoşulmuşdu.