"Real"ın futbolçusu Eden Hazard əməliyyat olunub.

 Offsideplus.az xəbər verir ki, 31 yaşlı orta sahə oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Belçika milisinin üzvü bu mövsüm Madrid təmsilçisi ilə 22 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.