Madrid "Real"ının futbolçusu Eden Hazard sağ ayağından əməliyyat olunacaq.

Offsideplus.az xəbər verir ki, bu səbəbdən o, təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Hazard bu mövsüm "kral klubu"nun heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.