"Barselona" klubu mayda 39 yaşı olacaq Dani Alvesi heyətdə saxlamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi və komandanın baş məqşçisi Xavi qısa müddətdə özünü yaxşı tərəfdən göstərən braziliyalı müdafiəçinin sərgilədiyi çıxışdan razıdır.

Bu səbəbdən Alves daha 1 il "kataloniyalılar"ın heyətində top qova bilər

Xatırladaq ki, Alves 2008-2016-cı illər aralığında şərəfini qoruduğu "Barselona" ilə ötən ilin noyabrında yenidən anlaşıb.