Madrid "Real"ının ulduz futbolçusu İskonun mövsümün sonunda komandasını tərk edəcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Sevilya"ya keçəcək. Əndəlüs təmsilçisi yayda İskonu azad agent kimi heyətinə cəlb etmək istəyir. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, İsko 2013-cü ildə "Malaqa"dan "Real"a keçib.