"Barselona" klubunun baş məşqçisi Xavi Ernandes Kataloniya təmsilçisinin əsas transfer hədəfi olan Erlinq Haalandla görüşüb.

Offsideplus.az xəbər verir ki, gənc ispaniyalı mütəxəssis "Borussiya"(Dortmund) klubunun norveçli hücumçusu ilə çərşənbə axşamı Almaniyanın Münhen şəhərində görüşüb. Görüşün təfərrüatları açıqlanamyıb.

Qeyd edək ki, xarici mətbuatda "Barselona"nın Haalanda 5 illik müqavilə təklif etdiyini yazılır.