"Barselona" klubunun hücumçusu Memfis Depay UEFA Avropa Liqasının 1/16 finalında "Napoli" ilə cavab oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı forvard zədəsini sağaltmaqda davam edir. O, İtaliya təmsilçisi ilə matç üçün iştirak ərizəsində yer almayıb.

Qeyd edək lo, "Napoli" - "Barselona" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.