"Qalatasaray" sabiq futbolçusu Marselo Saraççi kasryerasını İspaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı uruqvaylı müdafiəçi "Levante" ilə anlaşıb. Onunla 2024-cü ilədək sözləşmə imzalanıb.
Qeyd edək ki, Saraççi "Qalatasaray" forması ilə 44 oyunda 2 qol və 6 məhsuldar ötürmə edib.