Seneqal yığmasının heyətində Afrika Millətlər Kubokunu qazanan Sadio Mane İngiltərənin "Liverpul" klubundan ayrılmaq üzrədir.

 Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, 29 yaşlı vinger "Barselona" ilə danışıqlar aparır. Məlumata görə, seneqallı futbolçu qarşıdakı yay transfer dövründə Kataloniya təmsilçisinin heyətinə qoluşalacaq.

Onun üçün "mersisaydlılar"a təklif olunan məbləğ isə bəlli deyil.

Qeyd edək ki, 2016-cı ilin yayında "Sauthempton"dan "Liverpul"a transfer edilən Mane "qırmızılar"ın heyətindən keçirdiyi 240-dan çox oyunda 107 dəfə rəqib qapılarına yol tapıb.