"Betis" "Mançester Siti"də çıxış edən Aleksandr Zinçenko ilə maraqlanır.

 Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisi  25 yaşlı ukraynalı sol cinah müdafiəçisi üçün "şəhərlilər"ə təklif göndərməyə hazırlaşır.Lakin adıçəkilən oyunçunun Premyer Liqa klubuyla 2024-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, 2016-cı ildə Rusiyanın "Ufa" klubundan "Mançester Siti"yə keçən oyunçu bu mövsüm 12 matçda iştirak edib və 2 məhsuldar ötürməylə yadda qalıb.