"Barselona" Alvaro Moratanı heyətinə qatmağa çox yaxındır.

 Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu bu transferin detallarının  95 faizini həll edib. Bildrilib ki, yaxın günlərdə 29 yaşlı hücumçunun keçidi rəsmi olaraq açıqlanacaq. O, yeni komandasında icarə əsasında çıxış edəcək.

Hazırda "Yuventus"da çıxış edən və müqavilə əsasında "Atletiko"ya ( Madrid ) məxsus olan futbolçu "Braselona"yla 1.5 illlik sözləşmə imzalayacaq.

Qeyd edək ki, Morata daha əvvəl "Real" ( Madrid ) və "Çelsi"də top qovub.