"Valensiya" Giorgi Mamardaşvilini heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, müqavilə əsasında Tiblisi "Dinamo"suna məxsus olan 21 yaşlı qolkiper birdəfəlik "yarasalar"a transfer olunub.
O, "Valensiya"yla 2024-cü ilə kimi sözləşmə imzalayıb.
Qeyd edək ki, Mamardaşvili bu mövsüm La Liqa təmsilçisinin heyətində 8 matçda meydana çıxıb.