"Barselona" klubu fransalı futbolçusu Usman Dembele ilə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi yanvarın 3-də fransalı hücumçu və agenti Mussa Sissoko ilə sonuncu dəfə görüşəcək.

Tərəflər yeni müqavilə barəsində ortaq məxrəcə gələ bilməsələr, Kataloniya təmsilçisi 25 yaşlı forvardı qış fasiləsində transferə çıxaracaq. 

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir.