"Barselona"nın baş məşqçisi Xavi Ernandes qışda komandada "təmizləmə" işləri aparacaq.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin planlarında yer almayan futbolçulardan biri də türk əsilli Yusuf Demirdir. Kataloniya təmsilçisinin çalışdırıcısı həm də yaranan maliyyə krizisinə görə bu addımı atmaq qərarına gəlib.
"Barselona" Yusuf Demir üçün Avstriyanın "Rapid Uien" klubuna 10 milyon avro ödəməlidir.
Qeyd edək ki, Avstriya millisinin də şərəfini qoruyan 18 yaşlı futbolçu bu il icarə əsasında "Barselona"nın sıralarına qoşulub.