"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen üçün La Liqanın 4-cü turunun təxirə salınmış "Sevilya"ya qarşı matçı (1:1) əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, bu oyun almaniyalı qolkiperin Kataloniya təmsilçisindəki 300-cü qarşılaşması olub.
Qeyd edək ki, o, La Liqada 198, İspaniya kubokunda 24, avrokuboklarda 71 və digər klub yarışlarında daha 7 oyun keçirib.