"Real" "Vest Hem"in Eden Hazarda göndərdiyi təklifdən imtina edib.

Offsideplus.az xəbər verir ki, "çəkicdöyənlər" "kral klubu"nun 30 yaşlı belçikalı futbolçusunu 25 milyon avroya heyətinə qatmaq istəyib.

Lakin Madrid klubu bu təklifdən imtina edib.

Qeyd edək ki, Hazard 2019-cu ildən "Real"da çıxış edir. O   zədə səbəbindən bu mövsüm 12 maçta meydana çıxıb və 1 məhsuldar ötürmə edib.