"Barselona" klubunun hücumçusu Memfis Depay UEFA  Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Bavariya" ilə oyunda (0:3) zədələnib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçunun bir ay yaşıl meydanlara çıxmayacağı bildirilib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin ilin sonuna kimi "Osasuna", "Elçe" və "Sevilya" ilə üç La Liqa oyunu var. 

Xatırladaq ki, Jordi Alba və Ansu Fati də zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.