"Atletiko"nun hücumçusu Antuan Qrizmann ötən mövsüm Çempionlar Liqasında mübarizəni dayandırmalarının səbəblərindən danışıb.
Offsideplus.az xəbər verir ki, "Spox.com"a açıqlamasında "Qarabağ"la görüşlərdəki xal itkilərini turnirlə vidalaşmalarının əsas səbəbi kimi göstərib:
"Biz "Çelsi" və "Roma" kimi güclü komandalara qarşı pis oynadıq. "Qarabağ"la iki oyunda heç-heçə isə Çempionlar Liqasında mübarizəni dayandırmağımızla nəticələndi".
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən hər iki oyunda (0:0, 1:1) xal itirən Madrid klubu Avroliqada mübarizə aparıb və turnirin qalibi olub.