Eden Hazard daha bir matçı buraxmalı olacaq.

Offsideplus.az xəbər verir ki, adı çəkilən oyunçu Çempionlar Liqasının 5-ci turunda qarşılaşacaqları “Şerif”lə oyunda iştirak etməyəcək. Buna səbəb 30 yaşlı belçikalının mədəsində problemin olmasıdır. 

 

Xatırladaq ki, “Şerif” - “Real” oyunu noyabrın 24-də keçiriləcək.