“Barselona” klubunun ulduz futbolçusu Usman Dembele növbəti dəfə intizam qaydalarını pozub.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi yenə komandanın səhər məşqinə gecikib.
Kataloniya təmsilçisinin məşqçi heyəti Dembeleyə məşqçi heyəti zəng edərkən o, günün yeganə məşqinin axşam olacağını zənn etdiyini söyləyib. Bu səbəbdən kollektivə gec qoşulub.
Xatırladaq ki, analoji hala görə Dembele baş məşqçi Xavinin istəyi ilə böyük miqdarda pul cəriməsinə məruz qalmışdı.