“Barselona” klubunun futbolçusu Usman Dembele cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, fransalı hücumçu komandanın məşqindən əvvəl keçirilən iclasa 3 dəqiqə gecikdiyi üçün cərimələnib.

Qeyd edək ki, “Barselona”nın yeni baş məşqçisi Xavi komandada nizam qurmaq üçün bir sıra qaydalar tətbiq edib.