İspaniyanın "Vilyarreal" klubu futbolçusu Raul Albiolla müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçinin sövdələşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2019-cu ildən "Vilyarreal"da çıxış edir.