"Barselona"nın yeni baş məşqçisi Xavi Ernandes qış transfer dövründə 38 yaşlı sağ cinah müdafiəçisi Dani Alveşin komandaya geri qayıtmasına razılıq verməyib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin braziliyalı futbolçuyla nə qədər yaxşı münasibətləri olsa da, o, "sambaçı"nı sərəncamında görmək niyyətində deyil.

Xavi gənc heyətlə işləməyi daha üstün tutur. Son olaraq ölkəsinin "Sao Paulo" komandasında çıxış edən 38 yaşlı Alveş hazırda klubsuzdur.

Qeyd edək ki, sözügedən futbolçu 2008/2016-cı illərdə Kataloniya təmsilçisində forma geyinib və Vaxiylə komanda yoldaşı olub.