"Barselona" klubunun yeni baş məşqçisi Xavi Ernandes artıq transfer çalışmaları üçün göstərişini verib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin ilk hədəfi "Tottenhem"in futbolçusu Tanqi Ndombeledir. Kataloniya təmsilçisi 24 yaşlı yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağı planlaşdırır.

"Tottenhem" fransalı futbolçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edir. La Liqa təmsilçisinin bu məbləği ödəməyə razı olduğu bildirilir.

Qeyd edək ki, Ndombele 2019-cu ildən "Tottenhem"də çıxış edir.

Əlavə edək ki, Xavinin təyinatı yaxın günlərdə “Barselona” tərəfindən açıqlanacaq. İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. O, 2019-cu ildən "Əl-Sədd"i çalışdırır.