“Real” Qaret Beyllə yollarını ayırmayacaq.

Offsideplus.az xəbər verir ki, “kral klubu” uelsli yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır. Yaxın 2 həftə ərzində futbolçunun nümayəndələrinin Madridə gedərək, rəhbərliklə danışıq aparacaqları iddia olunur.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onunla “Mançester Yunayted” yaxından maraqlanır.