“Valensiya” klubu futbolçusu Tyerri Korreyanın müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki,  22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabrından “Valensiya”da çıxış edən Korreya bu mövsüm La Liqada 5 oyuna çıxıb.