"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Ronald Kumana daha bir şans verib.
Offsideplus.az-ın məlumatına görə, növbəti 3 qarşılaşma hollandiyalı çalışdırıcı üçün həlledici olacaq. Səbəblərdən biri kimi, Kumanın yerinə alternativ tapıla bilməməsi göstərilir.
Qeyd edək ki, növbəti 3 matçda "Barselona" La Liqada "Valensiya" və "Real Madrid"lə, ÇL-də isə Kiyev "Dinamo"su ilə qarşılaşacaq.
"Barselona" La Liqanın 7 turundan sonra 9-cu pillədə qərarlaşıb.