"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın növbəti turunda "Atletiko" ilə keçiriləcək matçda komandanın sükanı arxasında olacaq.
Offisideplus.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın Diario Sport saytı yayıb. Məlumata əsasən, klub rəhbərliyi tələsik qərar vermək istəmir.
Qeyd edək ki, "Barselona" Çempionar Liqasının qrup mərhələsi çərçivəsində dünən "Benfika"ya 0:3 hesabı ilə məğlub olub.