"Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Ander Herrera üçün qarşı tərəflə danışıqlar aparır. Baş məşqçi Ronald Kuman 32 yaşlı ispaniyalı futbolçunu sərəncamında görmək istəyində israrlıdır.
Xarici mətbuatda Herreranın da vətəninə qayıtmaq istəyində olduğu yazılır.
Qeyd edək ki, adıçəkilən futbolçu 2019-cu ildə "Mançester Yunayted"dən PSJ-yə transfer edilib.