Madrid "Real"nın prezidenti Florentino Peres Kilian Mbappeni transfer edəcəklərini söz verdi. 

Offsideplus.az xəbər verir ki, La Liqanın 7-ci turu çərçivəsində keçirilən "Real" - "Vilyareal" qarşılaşmasından (0:0) sonra fanatlardan biri Peresin maşınına yaxınlaşaraq "Prezident, Mbappeni transfer edin" deyə qışqırıb. 

Kral klubunun prezidenti isə "Gələn il" deyə cavab verib. 

Qeyd edək ki, fransız futbolçunun PSJ ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır. Gözlənilir ki, Mbappe yeni müqavilə imzalamaqdan imtina edərək, İspaniya təmsilçisinə qoşulacaq.