“Barselona” klubunun baş məşqçisi Ronald Kuman istefaya göndərilə bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmiləri artıq 58 yaşlı mütəxəssisə əvəzləyici axtarmağa başlayıb.
La Liqa təmsilçisinin rəhbərliyi komandanın çıxışından qəti narazıdır və bu klubun "sükanı arxasına" keçməsi üçün yeni çalışdırıcı axtarmağa başlayıblar.
Qeyd edək ki, Kuman 2020-ci ilin avqustundan “Barselona”nı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv hazırda La Liqada 7-ci sırada qərarlaşıb.