Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Kilian Mbappe transferi haqqında danışmaqdan imtina edib.

Offsideplus.az xəbər verir ki, “Betis”lə keçirilən La Liqa matçından sonra media nümayəndələrinin suallarını cavablandıran italiyalı mütəxəssis, bu transfer haqqında danışmaq istəmədiyini bildirib. 

“Gəlin oyunu müzakirə edək. Mbappe transferi klubun öhdəliyindədir. Bu transfer üzərində çalışırıq”.

Qeyd edək ki, son həftələrdə PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçməsi müzakirə olunur. İlkin məlumata əsasən, İspaniya təmsilçisi bu təklifə görə 170 milyon avro təklif edib.