La Liqanın I turunda "Alaves"ə qarşı oyunda (4:1) möhtəşəm performansı ilə diqqət çəkən Eden Hazard bu yolda davam etmək istəyir.

Offsideplus.az "Marca"ya istindən xəbər verir ki, İspaniyaya gəldiyi andan topuğundakı zədələrdən əziyyət çəkən 30 yaşlı hücumçu bu problemləri geridə qoymaq üzrədir. Belə ki, həkimlər belçikalı futbolçunun tamamilə formada olduğunu, əvvəlki çıxışına geri dönməyin özündən asılı olduğunu deyir.

Qeyd edək ki, Hazard "Alaves"ə qarşı oyunda 1 assistlə yadda qalmışdı