Madrid “Real”ı İspaniya La Liqasında 2021/2022-ci illər mövsümünün ilk turunda “Alaves”i 4:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, sözügedən qarşılaşma "kral klubu"nun qapıçısı Tibo Kurtua üçün əlamətdar olub. Belə ki, bu matç belçikalı qapıçının “Real”dakı 100-cü oyunu olub.

Qeyd edək ki, Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir.