"Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək.

Offsideplus.az goal.com-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu "Atletiko Mineyro" ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kosta 2020-ci ilin dekabrında "Atletiko"dan ayrılıb və hazırda azad agentdir.