Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Dani Sebaylos sıradan çıxıb. 25 yaşlı futbolçunun Tokio-2020 Yay Olimpiya Oyunları zamanı İspaniya yığmasının düşərgəsində zədə aldığı bildirilir.

Müayinələr nəticəsində futbolçunun ayaq biləyinin bağlarının qopduğu üzə çıxıb.