Ötən mövsümün ikinci yarısını icarə əsasında "Liverpul"da keçirdikdən sonra müqavilə ilə məxsus olduğu Almaniya "Şalke"sinə qayıdan Ozan Kabak üçün İspaniya klubu dövrəyə girib.
Offsideplus.az xəbər verir ki, "Sevilya" 21 yaşlı müdafiəçini rənglərinə bağlamaq niyyətindədir. Əndəlüs təmsilçisi türkiyəli futbolçu üçün qarşı tərəfə 10 milyon avro sərbəstqalma məbləği təklif edib. "Şalke" isə bu təklifi geri çevirib. Belə ki, almanlar Kabak üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, "Sevilya"dan öncə "Lester" də sözügedən oyunçunu transfer etmək üçün "tər tökmüşdü".
Əlavə edək ki, Ozan Kabak 2019-cu ildən "Şalke"nin şərəfini qoruyur.