“Barselona”nın yarımmüdafiəçisi Usman Dembelenin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü Kataloniya klubundakı çıxışını davam etdirəcək.

Futbolçunun meneceri ilə aparılan danışıqlarda yeni müqavilənin imzalanması razılaşdırılıb. Gələn ilin yayına qədər olan sözləşmənin 1 və ya 2 il müddətinə uzadılmasına qərar verilib.

Qeyd edək ki, Usman Dembele hazırda zədəlidir. Onun noyabrda kollektivə qoşulması gözlənilir.