Karlo Ançelotti Rafael Varan və Serxio Ramosun gedişindən sonra müdafiə xəttindəki boşluğu Kalidu Kulibali ilə doldurmaq istəyir.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Real"ın prezidenti Florentino Peresdən "Napoli"nin ulduzunun transferini tələb edib.

30 yaşlı müdafiəçinin keçidi "Kral klubu"na 50 milyon funt-sterlinqə başa gələ bilər. Bu isə "Real"ın maliyyə durumuna uyğun deyil.