İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçunun komandadakı taleyi barədə danışan mütəxəssis, onun Kataloniya klubunda qalacağını deyib:
“Messi bizim üçün çox vacibdir. O, bizim kapitanımız və hər kəs üçün örnək futbolçudur. Keçirdiyi möhtəşəm mövsümün ardından “qızıl top”a əsas namizəddir. Ümid edirəm ki, hələ uzun müddət komandanın bir parçası olar. Messinin komandada qalacağı açıqdır”.