"Real"ın prezidenti Florentino Peres 2011-ci ildə şantaj olunub.
Offsideplus.az xəbər verir ki, junalist Xose Antonio Abelyan "Kral klubu"nun vitse-prezidenti Eduardo Fernandes de Blas ilə restoranların birində görüşüb. O, Peresin "Real"ın məşhur simaları barədə danışdığı səsyazıları yaymamaqdan ötrü 10 milyon avro tələb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, daha sonra "El Confidencial" nəşri həmin səsyazıları yayımlayıb. Florentino Peres Raul Qonsales və İker Kasilyası fırıldaqçı, komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo və sabiq baş məşqçi Joze Mourinyonu isə axmaq adlandırıb. Klub preszidenti sözlərinin təhrif olunduğu ilə bağlı açıqlama verib.