Qaret Beyl gələcək karyerası barədə maraqlı qərar verib.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, gələn həftə 32 yaşını qeyd edəcək oyunçu 2022-ci ildə klub karyerasını başa vurmağı düşünür. O, bu barədə yaxınlarına bildirib. Belə ki, gələn ilin iyununda "Real"la müqaviləsinin müddəti bitəcək olan Beyl, klub karyerasını bitirəcək. Lakin futbolçu DÇ-2022-də Uels millisi üçün oynamağa davam edəcək.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirən Qaret Beyl, sözləşməsi başa çatandan sonra "Kral klubu"na geri dönüb.