İtaliyanın "Milan" klubu "Real"ın futbolçusu İskonu transfer etmək istəyir.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, Seriya A təmsilçisi "Kral klubu"nun 29 yaşlı yarımmüdafiəçisini heyətində görməyi arzulayır. "Milan" "İnter"ə keçən Hakan Çalhanoğlunun boşluğunu ispaniyalı futbolçu ilə dolduracaq.
Bundan əlavə, "Sevilya" da İsko ilə yaxından maraqlanır. Yanvar ayında da hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyən Əndəlüs təmsilçisi bu yay şansını bir daha sınayacaq.
Qeyd edək ki, İskonun "Real"la müqaviləsinin müddəti 2022-ci ildə başa çatır.