"Barselona" yaxın iki gün ərzində Lionel Messi ilə bağlı məlumat yayacaq.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, klub prezidenti Xuan Laporta sevimli ulduz futbolçusu ilə yeni müqavilənin iyunun 30-na qədər bağlanmasını istəyir. Laportanın fikrincə, Messi bir gün də olsun azad agent statusuna sahib olmamalıdır. Ehtimala görə, yeni anlaşma sabah, yəni klub başqanının ad günüdə bağlanacaq və ictimaiyyətə xəbər veriləcək.

Qeyd edək ki, Messinin "Barsa" ilə sözləşməsinin müddəti iyunun 30-na kimidir. Argentinalı ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər olacaq.