Madrid "Real"ı braziliyalı müdafiəçisi Marselo haqda qərarını verib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 33 yaşlı "sambaçı"nı komandada saxlayacaq.
La Liqa təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Marselonu klubun yeni kapitanı kimi görür.
Qeyd edək ki, 2007-ci ildən "Real"ın uğurları üçün çalışan futbolçunun yayda komandadan ayrılacağı və "Fənərbağça"ya transfer ediləcəyi yazılırdı.